-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Albert Gəncəli” ləqəbli avtoritet Moskvada qətlə yetirilib - VİDEO

“Albert Gəncəli” ləqəbli azərbaycanlı avtoritet Moskvada qətlə yetirilib

19:18:03 | 2021-04-12

Kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan və Sankt-Peterburqdan olan avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib.

GancaPost.info Rusiya KİV-inə istinadən xəbər verir ki, onu yaşadığı binanın idman zalında güllələyiblər.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb. Əli Heydərov buna qədər ona qarşı törədilmiş üç sui-qəsddən salamat çıxsa da, dördüncüsündə həyatını itirib.



ETİKET :  

Daha Çox