-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Aktivist: “Gəncədə sahibsiz itləri güllələyirlər”

Aktivist: “Gəncədə sahibsiz itləri güllələyirlər”

19:28:35 | 2021-03-29

“Azərbaycan hökuməti sahibsiz itləri kütləvi güllələməkdə davam edir. İtlərin güllələnməsini əks etdirən video səhər saatlarında çəkilib. Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Firudin Sadıqov bir iti güllə ilə vurarkən heyvansevər qadın tərəfindən yaxalanıb”.

Bu barədə heyvansevər aktivist Kamran Məmmədli “Feysbuk” hesabında yazıb. https://www.facebook.com/mammadli.kamran/posts/2897518977233936

“Azərbaycanın qəbul etdiyi Avropa Konvensiyasına bu şəkildə təcavüz edilir. Sahibsiz itlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hakimiyyətin korrupsiyasının qurbanı olur”, - deyə aktivist qeyd edib.

Kamran Məmmədli Gəncədə daha əvvəl də heyvanlara qarşı belə halların baş verdiyini vurğulayıb: “Daha öncə heyvansevər aktivistlər Gəncədə baş vermiş bir güllələmə ilə bağlı məhkəməyə müraciət etsələr də, nəticə qərəzli olmuşdu”.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva “ToplumTV”-yə bildirib ki, məsələ araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.


ETİKET :  

Daha Çox