-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ailə başçısını itirənlərə müavinət necə təyin edilir? - VİDEO

Ailə başçısını itirənlərə müavinət necə təyin edilir? - VİDEO

23:23:27 | 2019-09-17

Ailə başçısını itirməyə görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir.

Bu müavinətdən kimlər yararlana bilər?

• Əmək qabiliyyəti və əmək pensiyası almaq hüququ olmayan şəxslər və ya;

• Valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat edən, 8 yaşınadək uşaqlarına baxan və işləməyən şəxslər bu müavinətdən yararlana bilərlər.

Sözügedən müavinətin təyin edilməsi müddətləri hansılardır?

• vəfat etmiş şəxsin uşaqları 18 yaşına çatanadək, əyani təhsil alanlar isə 23 yaşına çatanadək;

• vəfat etmiş şəxsin 18 yaşından yuxarı əlil uşaqları əlillik müddətinədək;

• vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri uşağın 8 yaşınadək bu müavinəti almaq hüququna malikdir.

Müavinət üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müvafiq sənədlərlə yaxınlaşaraq müraciət edilməlidir:

• Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti;

• Onun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

• Vəfat edənin övladlarının təhsil alması barədə arayış;

• Vəfat edənin 18 yaşından yuxarı əlil uşaqları barəsində Tibbi-Sosial Ekspert Komissiyasının qərarının surəti;

• Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynlərdən və ya qohumlardan birinin qohumluq münasibətlərini təsdiq edən sənədin surəti;

• Müavinət təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədin surəti.

Qeyd edilən zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.

Qeyd edək ki, hazırda ailə başçısını itirməyə görə müavinətin məbləği 80 manat təşkil edir.


ETİKET :  

Daha Çox