-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

AFFA gəncəli veteran futbolçunun pulunu “yeyib”?

“AFFA pensiyamı yeyir, halallıq vermirəm” - Gəncəli veteran futbolçu

14:10:28 | 2019-09-30

GancaPost saytı xəbər verir ki, “Kəpəz”in veteran futbolçusu Fazil Pərvərov sosial şəbəkədə paylaşım edərək AFFA tərəfindən təqaüdünün mənimsədildiyini və Oqtay Abdullayevin həmin pulun verilməsini vəd etsə də, təqaüdün hələ də ona çatmadığını qeyd edib.

“Azərbaycan çempionu - 3 dəfə, gümüş, bürünc mükafatçısı, Azərbaycan bombardiri, "Kəpəz"in heyətində ən çox qol vuran futbolçu, amma işsiz. Veteran futbolçu Oqtay Abdullayev söz verib ki, sənə pensiya verəcəyik, amma 50-ni keçdik, vermədilər, 65-ə qədər nə yeməliyik? Ömrümüzü futbola verdik ki, ac yaşayaq? AFFA Bakıda və Gəncədə müəyyən veteranlara "qızıl pensiya" verir, mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm".

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla YeniSabah-a açıqlamasında təqaüd üçün bəlli yaş senzinin olduğunu bildirib:

“Açığı, paylaşım ilə bağlı xəbərim yoxdur. Amma AFFA-dan təqaüd almağın öz prosedur qaydaları var. Əvvəla, orada yaş senzi var. Səhv etmirəmsə, bunun üçün həmin şəxsin 63 yaşı tamam olmalıdır. Üstəlik, bununla bağlı AFFA-ya müraciət etməlidir. İcraiyyə Komitəsi də qərar qəbul etməlidir. Yəni, məsələ AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir”.

F.Abdulla Oqtay Abdullayevin sabiq futbolçuya təqaüd vəd etməsinə münasibət bildirərkən onların AFFA-nın təqaüdünü kiməsə vəd etmə, vermə səlahiyyətinin olmadığını vurğulayıb: “Məsələ ondadır ki, Oqtay Abdullayev Futbol Veteranları İttifaqının sədridir və onların AFFA-nın təqaüdün vermə səlahiyyəti yoxdur. Həmin səlahiyyət İcraiyyə Komitəsinə məxsusdur”.


ETİKET :  

Daha Çox