ABŞ Səfirliyi Əhməd Cavad və Fransis Ki barədə video təqdim edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir.

GancaPost.info xəbər verir ki, səfirliyin yaydığı son qısa videoda ölkələrin tarixində mühüm iz buraxan azərbaycanlı və amerikalı görkəmli simalar, Əhməd Cavad və Fransis Skott Ki (Francis Scott Key) haqqında bir neçə fakta müraciət edilib.

Əhməd Cavad 1892-ci il mayın 5-də anadan olub. 1937-ci ildə Stalin repressiyasının qurbanı olub. O, Azərbaycan Demokratik Respublikasının Dövlət Himnini (musiqisi Üzeyir Hacıbəylinindir) yaradıb.

Əhməd Cavad müəllim, şair və tərcüməçilik edib. O F.Rablenin "Qarqantua və Pantaqruel", V.Şekspirin "Otello" "Romeo və Cülyetta" əsərlərini, Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasını Azərbaycan dilinə tərcümə edib. Əhməd Cavad Türkiyə və Azərbaycanda populyar olan "Qara Dəniz" şeirinin və yüzlərlə digər əsərlərin müəllifidir.

Frensis Scott Ki (1 Avqust 1779 - 11 Yanvar 1843) amerikalı hüquqşünas və şair olub. O, 1812-1814-cü il müharibəsində Amerika qələbə bayrağının dalğalanmasından ilhamlanaraq "Fort M'Henry-nin Müdafiəsi" şeirini yazıb. Onun sözlərinə yazılan mahnı "Star-Spangled Banner" kimi tanınan marş populyarlıq qazanıb və nəhayət bir əsrdən sonra prezident Herbert Huver tərəfindən Amerikanın Milli Marşı olaraq təsdiq edib.

Hüquqşünas Ki köləliyi açıq şəkildə tənqid edib və azadlıq axtaran kölələri vəkil kimi pulsuz müdafiə edib, eyni zamanda quldarlardan qaçan qulların hüquqlarının müdafiəçisi olub. O, Amerikanı "Azadlıq evi" adlandırıb.

Sözügedən video-ya buradan aşağıdakı linkdən baxa bilərsiniz:

https://www.facebook.com/baku.usembassy/videos/406442860617212/

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR