-- Adversting 9 --
-- Adversting 10 --

ABŞ 80 milyon dozadan çox peyvənd ianə edəcək

ABŞ 80 milyon dozadan çox peyvənd paylayacaq.

00:25:40 | 2021-06-05

Bayden Administrasiyası iyun ayının sonuna qədər 80 milyondan artıq dozada COVID-19 peyvəndi ianə edəcəyini açıqlayıb. İlkin olaraq 25 milyon dozanın ehtiyac duyulan bölgələr üzrə bölüşdürülməsi planlaşdırılır.

Dozaların əhəmiyyətli hissəsi - 19 milyonu BMT-nin aşağı və orta gəlirli ölkələr və bölgələri peyvəndlə təmin edən COVAX mexanizmi vasitəsilə paylanacaq.

6 milyon doza isə Misir, Gürcüstan, İraq, İordaniya və Yəmən ilə yanaşı, Kanada, Haiti, Kosovo, Meksika, Koreya Respublikası, Ukrayna və Qəzza da daxil olmaqla, regional prioritetlər və tərəfdaş ölkələrdəki ön cəbhə işçilərinə göndəriləcək.

COVAX vasitəsi ilə paylaşılacaq 19 milyon dozanın təxminən 6 milyonu Argentina, Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Cənubi Amerikadakı Paraqvay və Peru, eləcə də Mərkəzi Amerika ölkələri - Kosta Rika, El Salvador, Qvatemala, Honduras və Panama ölkələrinin payına düşəcək.

Bundan əlavə Karib Birliyi ölkəri də vaksin alacaq ölkələr sırasındadır.

Təxminən 7 milyon doza isə Əfqanıstan, Banqladeş, Hindistan, İndoneziya, Laos, Malayziya, Maldivlər, Nepal, Sakit okean adaları, Papua Yeni Qvineya, Pakistan, Filippinlər, Şri-Lanka, Tayvan, Tayland və Vyetnam daxil olmaqla, Asiya ölkələrinə göndəriləcək.

5 milyon peyvənd dozası isə Afrika Birliyi ilə koordinasiya edilərək, Afrika ölkələrinə paylanacaq.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə verdiyi açıqlamada deyib ki, administrasiya vaksinlər hazır olduqca tədarük etməyə davam edəcək.

"Bu, doğru olanı etməkdir" deyən Sallivan bildirib ki, "Prezidentin də dediyi kimi Amerika Birləşmiş Ştatları vaksinlərini digər ölkələr üzərində üstünlük əldə etmək üçün istifadə etməyəcək."

Bayden administrasiyası ABŞ-ın vaksin istesalının 13 faizinin (80 milyon doza) əhəmiyyətli hissəsini COVAX vasitəsi ilə Latın Amerikası və Karib dənizi, Cənubi və Cənub-Şərqi Asiya, Afrikaya paylamağı öz üzərinə götürüb.

Dozaların yerdə qalanı isə yoluxmaların artdığı yerlərə birbaşa yönəldiləcək, eləcə də ABŞ-dan təcili kömək istəyən ölkələrə göndəriləcək.

Sallivan ABŞ-ın COVAX vasitəsi ilə paylanan dozalarının haraya göndərilməsini təyin etmək səlahiyyətinə sahib olduğunu da bildirib. "Lakin COVAX-ın formuluna uyğun olaraq COVAX ilə ortaq şəkildə çox yaxın bir məsləhətləşmə ediləcək və COVAX-ın lojistik tutumu və çatdırılma qabiliyyətindən istifadə edərək bu dozaların həqiqətən insanların həyatını xilas etməyə kömək etməsi üçün tətbiq olunması təmin ediləcək".


ETİKET :  

Daha Çox