-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

ABŞ koronavirusa görə Azərbaycana 1.7 milyon dollar ayırdı

ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana maliyyə dəstəyi ayırıb.

12:29:11 | 2020-03-28

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım göstərir.

GancaPost saytı xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanması və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılmasına xərclənəcək.

Müvafiq məbləğlə, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin, risk şəraitində kommunikasiya effektivliyinin artırılması qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, son 20 ildə ABŞ Azərbaycanda Səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.


ETİKET :  

Daha Çox