-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

ABŞ Konqresi Baydenin seçki qələbəsini təsdiqlədi

ABŞ Konqresi Co Bayden-in prezident seçkisində qalibiyyətini təsdiq etdi.

17:15:58 | 2021-01-07

ABŞ Konqresi Demokrat Co Baydenin noyabr ayında baş tutan prezident seçkilərindəki qələbəsini təsdiqləyib. Mərasim Kapitoli binasında baş tutub.

Sessiyaya qaydalara uyğun olaraq vitse-prezident Mayk Pens rəhbərlik edib. O, rəsmi Elektoral Kollegiya səslərinə görə, Baydenin 306, Trampın isə 232 səs aldığını bəyan edib.

Konqres Baydenin qələbəsini sertifikatlaşdıran kimi Tramp yanvarın 20-də intizamlı hakimiyyət keçidinə öhdəlik götürüb.

Xatırladaq ki, ABŞ-da yeni prezident yanvarın 20-də and içəcək.


ETİKET :  

Daha Çox