-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

ABŞ dollarla bağlı mühüm qərar qəbul etdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 0,25 faiz artırıb.

23:37:00 | 2018-12-19

GencePost.com ‘Ria Novosti’yə istinadən xəbər verir ki, bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, noyabrda ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməz saxlamaq haqqında qərar qəbul etmişdi.

Xatırladaq ki, 2018-ci ilin əvvəlindən FED faiz dərəcəsini üç dəfə - martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırıb.

Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) - Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
Uçot dərəcəsi aşağı salındıqda kommersiya banklarının Mərkəzi Bankın pullarına olan tələbi artır, onlar daha çox pul götürməyə çalışır, bunun sayəsində maliyyə imkanlarını böyüdür.

Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarında əks reaksiya müşahidə olunur: Mərkəzi Bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

Uçot dərəcəsinin yüksəldilməsi digər valyutalara, o sıradan da Azərbaycan manatına təzyiqi artırır. Ekspertlərin qənaətinə görə, ABŞ-ın uçot dərəcəsini qaldırması dolları bahalaşdıracaq. 

Neftin ucuzlaşmasına diqqət çəkən ekspertlər bildirirlər ki, bu məqam və ABŞ iqtisadiyyatının getdikcə güclənməsi də dolları möhkəmləndirən faktorlardır. Dolların bahalaşması isə manata mənfi təsir edəcək. Çünki manatın arxasında ucuzlaşan neft pulları dayanır.


ETİKET :  

Daha Çox