-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Yunis Səfərovun məhkəməsində vəsatətlər təmin edilmədi

Yunis Səfərov dövlət tərəfindən verilən vəkildən imtina etdiyini və vəkil Elçin Sadıqovun ona müdafiəçi təyin edilməsini istəyib.

13:46:56 | 2020-01-08

Sabunçu rayon Məhkəməsində Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında verilən vəsatətlər müzakirə edilib.

Hakimlər verilən vəsatətləri təmin etməyib və məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Xatırladaq ki, ötən proses təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək prosesin audio və videoyazısının aparılması, işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.

Həmçinin Yunis Səfərov dövlət tərəfindən verilən vəkildən imtina etdiyini və vəkil Elçin Sadıqovun ona müdafiəçi təyin edilməsini istəyib.

Qeyd edək ki, cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.


ETİKET :  

Daha Çox