-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib

Elmar Vəliyevin və onun mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi.

15:55:32 | 2019-12-06

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.

Bununla bağlı dekabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixində baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir», - məlumatda yazılıb.


ETİKET :  

Daha Çox