-- Adversting 9 --
-- Adversting 10 --

Yunis Səfərov apellyasiya şikayəti verib

Yunis Səfərov apellyasiya şikayəti verib.

11:36:11 | 2021-09-13

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış sui-qəsd aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və təqsirləndirilən şəxslər barələrində çıxarılan məhkəmə hökmündən Apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Bəxtiyar Hacıyev məlumat verib. Vəkil bildirib ki, şikayət məhkəməyə təqdim edilib və yaxın günlərdə şikayətə baxılacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.

Hökmə əsasən, Yunis Səfərov ömürlük, digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Hamlet Abbdullayev 19 il, Mahir Əzizov 20 il, Akif Əliyev 20 il, Rasim Mustafayev 20 il, Ceyhun Qurbanov 18 il, Firudin Zeynalov 19 il, Cəfər Zalov 18 il, Vüqar Məmmədov 19 il, Ceyhun Salahov isə 19 il azadlıqdan məhrum ediliblər.


ETİKET :  

Daha Çox