-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Türkiyədən gələn həkim: Gəncədə koronavirusun olduğuna inanmırdılar

Türkiyədən gələn həkim: Gəncədə koronavirusun olduğuna inanmırdılar

22:58:05 | 2020-05-22

2020-ci il ən çox koronavirus, pandemiya kəlmələri ilə yanaşı, həm də həkimlərlə yaddaşımıza yazılır.
GancaPost saytı xəbər verir ki, pandemiyanın ən pik həddinin yaşandığı zaman Azərbaycanın qərb bölgəsinə ezam olunmuş Türkiyədən gələn həkim Leyla Əliyeva BakuTV-yə bildirib ki, Goranboy rayonuna yola düşəndə çox həyəcanlı olub, nə ilə qarşılaşacağını bilməyib. Yoluxanların sayı isə durmadan artırdı:
"Biz gedəndə ən çox xəstə sayı Goranboy rayonunda idi. Ora gedəndə 130-a yaxın xəstə var idi. Yoluxanların sayı çox idi. Sağalanlar da var idi. Düzdür, təəssüflər olsun ki, itirdiyimiz xəstələr də oldu. Ancaq getdiyimiz vaxtdan bir həftə sonra xəstələrin sayı azalaraq 60-a çatdı. Ağır xəstələri Bakıya göndərirdik. Qeyd edim ki, koronavirusa inanmayanların çoxu isə Gəncə şəhərindən olanlar idi. Gəncədə getdiyimiz hər bir yerdə, taksilərdə, yolda insanlar covid-19-un olmadığını bildirirdilər, xəstəliyə inanmırdılar."
Qeyd edək ki, həkimlər bir ay əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü və tapşırığı ilə “REACT-C19” layihəsi çərçivəsində Türkiyədən ölkəyə dəvət olunub. Onlar dövlət xətti ilə oxuyub və bu gün ölkəyə dönüb təcrübələrini bölüşürlər.
Bu günə qədər səkkiz xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyun ayının sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.


ETİKET :  

Daha Çox