-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“TurAz Qartalı” başladı: Türk qırıcıları Gəncədə...

“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda

10:47:09 | 2020-07-30

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən başlayan birgə irimiqyaslı manevrləri qardaş ölkənin KİV-ləri tərəfindən də yaxından izlənilir.

Türkiyənin "Yeni Şafak" qəzeti yazır ki, Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın F-16 qırıcısı “TurAz qartalı” təlimində iştirak etmək üçün Azərbaycandadır.

“Türk F-16-ları təlim müddətində Azərbaycan səmalarında qardaşa güvənc, düşmənə qorxu verəcək. “TurAz qartalı” hava təlimi Ermənistanın hücumuna məruz qalan Tovuza yaxın olan Gəncə ilə yanaşı, Kürdəmir və Yevlaxda da icra ediləcək”, - xəbərdə bildirilib.

Avqustun 10-na qədər davam edəcək “TurAz Qartalı” təlimlərində Türkiyənin F-16 qırıcıları, PUA-ları və döyüş pilotsuz aparatları ilə yanaşı Azərbaycan HHQ-nin MiQ-29, Su-25 döyüş təyyarələri, Türkiyədən bu günlərdə tədarük edilən PUA-lar, o cümlədən döyüş pilotsuz aparatları birgə döyüş manevrləri həyata keçirəcək.

“Türk qırıcıları Azərbaycan səmalarında qardaşlarına güvən, düşmənə qorxu yaşadacaq. Gecə və gündüz şəraitində həyata keçiriləcək birgə hava təlimlərinin qarşıdakı günlərdə döyüş atışlı mərhələsi olacaq. Gəncə ətrafındakı poliqona atılan bombaların səsi Tovuzdan eşidiləcək”, - qəzet yazır.
Bildirilir ki, manevrlərdə hücum əməliyyatının bütün aspektləri sınaqdan çıxarılacaq. Təlimlərdə qoşunların cəmləşməsi, hücuma hazırlaşması, hədəflərə havadan yaxınlaşma, hücum və hədəflərin dəqiq zərbələrlə vurulması məşq ediləcək. Təlimlər çərçivəsində Türkiyənin yeni silah sistemləri, o cümlədən Azərbaycanın Türkiyədən aldığı sistemlər real döyüş əməliyyatlarına maksimal yaxın şəraitdə sınaqdan keçiriləcək.
“TurAz Qartalı” təlimlərinin başlaması ilə əlaqədar Türkiyə prezidentinin yardımçısı Fuat Oktay özünün Tvitter bloqundan mesaj yayıb. O, Türkiyə ilə Azərbaycan hərbi hava qüvvələrinin, quru qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başladığını qeyd edib və bildirib: “Qardaş Azərbaycanla hər zaman və istənilən şərtlərdə birlikdə hərəkət etməkdə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”.


ETİKET :  

Daha Çox