Bir vaxtlar ölkədə sayılıb-seçilənlərdən idi. Adı qəzetlərin manşetlərini bəzəyirdi. "Kəpəz"in qələbə qazandığı oyunlarda qol müəllifləri arasında Pərvərov soyadını görməyəndə təəccüblənərdik. Futbol karyerasından sonra biznesə girişsə də, 2015-ci ildə ölkədəki devalvasiya çoxları kimi onu da "yıxdı".

İndi futboldan uzaq düşüb, lakin ürəyi hələ də sevdiyi peşəsi ilə döyünür. Fazil Pərvərov həmkarımız Bəhruz Musayevin aparıcısı olduğu "Bəhruzla pressinq" verilişinin qonağı olub.

GancaPost.info həmin video müsahibəni təqdim edir.