Samux rayonunun Qarayeri qəsəbəsindəki xəstəxananın bəzi şöbələrinin köçürüləcəyi iddia edilir.
Samuxda yeni xəstəxana tikilir və xəstəxanada müəyyən şöbələr istifadəyə veriləcək.
Qarayeri qəsəbəsinin sakinləri bildirir ki, inşası davam edən xəstəxana yaşadıqları ərazidən uzaqdır, təcili tibbi yardıma ehtiyac duyulduğu təqdirdə xəstələri yeni xəstəxanaya aparmaq çətinlik yaradacaq.
Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov məsələ ilə bağlı BakuTV-yə bildirib ki, yanvarın 1-dən etibarən respublika üzrə bütün rayonlarda, eləcə də Samuxda İcbari Tibbi Sığorta sisteminə keçid başlanıb.
Onun sözlərinə görə, sistemə keçidlə bağlı hansısa xəstəxananın bağlanmasından söhbət gedə bilməz.