Samuxdakı orta məktəbdə biabırçılıq - VİDEO

GencePost.com xəbər verir ki, "Yeni Sabah" portalı dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru Abbasova Gülsəba Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini Gəncədəki İmperial sarayında ziyafət məclisi ilə qeyd etdiyini və bunun səs-küy yaratdığı haqqında məlumat vermişdi. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi.

Bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları həmin məktəbdə təhsil alan valideynlər bu haqda "Yeni Sabah"a növbəti şikayət ünvanlayıblar. Həmçinin, məktəbdə baş verənlərlə bağlı video da təqdim ediblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız məktəbin Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər.

Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan (H.Ə.) isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib:

"Mənim uşaqlarım da o məktəbdə təhsil alır. Normal halda direktor valideynləri içəri buraxmır. Ancaq qızla sevişən oğlan Fizika kabinetində görün nə oyun çıxardır. Özüm də ziyalı biriyəm. Ancaq o direktor özündən çox razı xanımdır. Mən belə bir şey eləməzdim, amma məcburiyyət qarşısında qalıb bunun işıqlandırılmasını istəyirəm. Yəni bilin ki, məktəbdə belə bir mühit var. Hamısı keçən həftə ərzində olmuş məsələlərdir. Aprelin 14-də tədbir keçirib, bu video da o ərəfələrdə çəkilib. Tədbirdən 3-4 gün əvvəl çəkilmiş videodur. Direktor oğlanın valideynini yanına çağırtdırıb deyib ki, o videonu mənə verin. Valideyn də verməyib və direktor onu hədələyib. Hazırda Samux rayon Təhsil Şöbəsi məktəbə tökülüb. Araşdırma aparırlar...".

GencePost.com xəbər verir ki, məsələ ilə bağlı Report-un sorğusuna cavab olaraq Samux rayon Təhsil şöbəsindən bildiriblər ki, həmin videogörüntü araşdırılır.

"Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır. Araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək".

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR