-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Samuxda koronavirusla bağlı vəziyyət normaldır”

“Samuxda koronavirusla bağlı vəziyyət normaldır”

16:55:26 | 2020-08-06

GancaPost.info xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə deyib.

Baş Nazir qeyd edib ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra riskli zonalarda əhali daha diqqətli olmağa başlayıb: “Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən əvvəlki 16 şəhər və rayonun 3-ü - Lənkəran, Samux və Siyəzən rayonları riskli zonadan kənarlaşdırılmışdır. Həmin rayonlarda vəziyyət normaldır”.


ETİKET :  

Daha Çox