Samux sakini “Azəriqaz” işçilərinin qanunsuz cəriməsini ləğv etdirib

Vətəndaşlar onlara işlətmədikləri işıq və qaza görə əsassız borcların yazıldığını, qanunsuz aktlarla böyük məbləğdə cərimələndirildiklərini iddia edirlər.

GancaPost saytı xəbər verir ki, Samux rayonunun Yeni Nəbiağalı qəsəbəsində yaşayan Mehdi Rzayev AzadlıqRadiosu-na "Azəriqaz" işçilərinin ona 1200 manat əsassız cərimə yazdıqlarını deyir.

M.Rzayev 4 uşaq atasıdır. Dediyinə görə, ailəsini gəc sexinin gəliriylə dolandırır. 2013-cü ilin noyabrında Samux rayon Qaz İdarəsi sexə qaz sayğacı quraşdırıb. Öncədən bildirilib ki, sayğacın istifadə müddəti 5 ildir. 2018-ci ilin iyulunda qaz idarəsinin əməkdaşları gəlib sayğacı söküblər ki, sayğac hər 5 ildən bir yoxlanmalıdır. Amma əvəzində müvəqqəti sayğac da quraşdırıblar: "Aradan 6 ay keçəndən sonra - 2019-cu ilin yanvarında müvəqqəti sayğacda göstərilən borcdan "MilliÖn" aparatında 100 manat ödəyirdim. Ekranda çıxdı ki, əvvəlki sayğaca görə 1200 manat cərimə yazılıb. Samux rayon Qaz İdarəsinə zəng eləyib soruşdum ki, 1200 manatlıq cərimənin səbəbi nədir? Dedilər ki, qaz sayğacının üstündəki plombun nömrəsi yoxdur, qırılıb, qaz itkisi olub. Bir gün sonra qaz idarəsinə getdim".

M.Rzayevin sözlərinə görə, idarədə ona bir neçə aktın surətini təqdim ediblər - 5 iyul 2018-ci il tarixli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında; 22 noyabr 2018-ci il tarixli "Qeyri-əhali qaz sayğacının yoxlanılması" haqqında; 7 dekabr 2018-ci il tarixli "Təbii qazdan istifadə qaydalarının pozulması" haqqında. Şikayətçi deyir ki, birincisi, Samux rayon Qaz İdarəsinin işçiləri həmin aktları ona vaxtında - tərtib olunarkən verməliydilər: "İkincisi, sayğaca baxış keçiriləndə sayğacın plomb nömrəsi üstündə olub. Mən sayğaca müdaxilə etməmişəm, toxunmamışam. İdarədə də dedim, xeyri olmadı. Dedilər ki, qaz itkisi olduğuna görə cərimə yazıblar".

M.Rzayev əlavə edir ki, işlədiyi sexlə qaz sayğacının arasındakı məsafə 70 metrdən çoxdur. Vaxtilə qaz idarəsinin işçiləri sayğacı ona məxsus ərazidən kənarda, qoruyucu qutu olmadan quraşdırıblar: "Yağış suyundan sayğacın plombunun simi paslanıb aşınmışdı".

Qaz idarəsinin əməkdaşlarıyla aparılan söhbətlər nəticə vermədiyindən M.Rzayev məhkəməyə üz tutub. Məhkəmədə "Azəriqaz"ın nümayəndəsi Rübail Həsənov şikayətçinin dedikləriylə razılaşmayıb. O bildirib ki, "Azəriqaz"ın əməkdaşları sayğaca baxış keçirəndə xüsusi plomb üstündə olmayıb: "Qaz sayğacı dövlət yoxlamasından keçəndən sonra da qurğuşun plombun olmaması aşkar edilib. Sayğacın üzərində həm xüsusi, həm də qurğuşun plombun olmaması aktla rəsmiləşdirilib".

Samux sakininin şikayətinə bugünlərdə Gəncə Kommersiya Məhkəməsi baxıb. Onun iddiası təmin edilib. Məhkəmə belə nəticəyə gəlib ki, ona yazılmış 1200 manatlıq cərimə əsassız olub. Ona görə də "Azəriqaz"ın sözügedən cəriməni silməsi barədə qərar çıxarıb.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR