-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz”

“Bütün şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz”

16:40:58 | 2020-11-26

“Bakıda Qəhrəmanlar Parkı salınsın və İkinci Qarabağ savaşında şəhid olanların adları burada əbədiləşdirilsin”.

Parlamentin noyabrın 26-da keçirilən iclasında deputat Razi Nurullayev belə bir təkliflə çıxış edib.

O qeyd edib ki, hər bir şəhid ailəsi öz övladının adının əbədiləşdirilməsi ilə bağlı müraciət edir:

“Şəhidlərin birinin adı əbədiləşdirilib, digəri edilməyəndə inciklik yaranır. Amma park salınaraq bütün şəhidlərin adları əbədiləşdirilsə, heç bir valideyn narazı qalmaz. Bu təklifimi Nazirlər Kabinetinə də göndərəcəyəm”.

Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, həm şəhid ailələri, həm yaralılarla bağlı bütün məsələlər Ali Baş Komandanın nəzarətində və diqqətindədir.

O qeyd edib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik etməyə ehtiyac yaranarsa, parlament bunu mütləq edəcək.

Spiker Sahibə Qafarova da bildirib ki, bu, çox həssas məsələdir və bütün məsələlər nəzərdə saxlanılacaq.


ETİKET :  

Daha Çox