-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiyalı reper: Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim - Video

Rusiyalı reper: Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim - Video

13:07:09 | 2020-06-02

Rusiyada yetərincə populyarlıq qazanan əslən azərbaycanlı reper Navai (Navai Bəkirov) “вМесте” Yutub layihəsinin qonağı olub.

GancaPost.info xəbər verir ki, müsahibə zamanı o, ailəsi, yaradıcılığı və şəxsi həyatı ilə bağlı etiraflar edib.

“Mənim valideynlərim zooparkda işləyirdi. Onlar hər şəhərdə iki-üç həftə qalır, bütün Rusiyanı gəzirdilər. Moskvanı doğma şəhərim sayıram, ona qədər nə olduğunu xatırlamıram, çünki biz bütün şəhərləri gəzirdik və mənim daimi yaşayış yerim yox idi. Mənim ən yaxşı dostlarım pələng və canavar balaları, ilanlar idi. Heyvanları çox sevirəm”, - Navai xatırlayır.

Navai Bəkirov 1995-ci ildə Rusiyanın Samara şəhərində anadan olub.

Reper 5-ci sinfədək Moskvada təhsil alıb, daha sonra ailəsi ilə bərabər Azərbaycana köçüb, Gəncədə yaşamağa başlayıb: “Burada sənə cırıq cins şalvar geyindiyinə, şortda gəzdiyinə və ya ana söyüşü söydüyünə görə irad bildirə bilərlər. Sənin əlindən tutub aparıb və başa sala bilərlər. Bütün bunları bilmədiyimə görə daim dava düşürdü. Özümü aparmağı tez bir zamanda öyrəndim, ən əsası – böyüklərə hörmət etməyi, onlar içəri girəndə ayağa qalxmağı və s”.

2006-cı ildə Navai Bəkirovun qardaşı dünyaya gəlib. Onun sözlərinə görə, ailənin maddi imkanları yaxşı olmadığından, o, 11 yaşında işləməyə başlamalı olub: “Mən təhsil alırdım, saat ikidə evə qayıdırdım, əynimi dəyişirdim və işə gedirdim. Çayxanada 4 manata ofisiant işləyirdim. Məkan evimdən dörd kilometr aralıqda yerləşirdi. Ora və geriyə piyada gedirdim, qənaət etdiyim pula evə çörək alırdım”.

Müsahibənin tam versiyasını aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:



ETİKET :  

Daha Çox