Rusiya Venesuelaya 315 milyon dollar pul göndərib

Bloomberg yazır ki, Rusiya Venesuelaya nəğd dollar və avro şəklində 315 milyon dollar göndəribmiş.

Bloomberg jurnalistlərinin apardığı təhqiqat göstərib ki, bu pullar 2018-ci ilin mayı ilə 2019-cu ilin apreli arasında azı 6 əməliyyatın vasitəsilə Venesuelaya çatdırılıb.

Bu da bildirilir ki, nəğd dollarlar ABŞ sanksiyaları altında olan Venesuelaya beynəlxalq ticarət maneələrindən yan keçmək imkanı verib.

Bloomberg-in araşdırması İmportGenius sisteminin Rusiya gömrüyünə dair məlumatlarına əsaslanır. Bu beynəlxalq sistem ayrı-ayrı idxalçıların fəaliyyətini izləyir. Nəğd pullar Venesuelanın İnkişaf Bankına çatdırılırmış.

Jurnalistlər ehtimal edirlər ki, Venesuela bu pulları neft ixracından və ya özünün "qızıl ehtiyatının" satışından qazana bilərdi.

Təhqiqat nəticələrində deyilir ki, Venesuelaya nəğd pulların çatdırılması əməliyyatları 2018-ci ilin mayında başlanıb.

2018-ci ilin may və iyul ayında Rusiyadan Venesuelaya ümümi məbləği 55 milyon dollar olan iki tranş edilib.

Bloomberg pulların hansı valyutada olduğunu müəyyən edə bilməyib.

2019-cu ilin yanvarında Rusiyanın dövlət Gazprombank bankından aralarında bir-iki gün fasilə olmaqla 100 avroluqlarla 113 milyon avro və 50 milyon dollar nəğd pul daşınıb.

2019-cu ilin aprelində Moskvadan Venesuelaya nəğd şəklində daha 97 milyon dollar çatdırılıb.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR