-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Rusiya Gürcüstana 10 milyon avro ödəməlidir

Avropa Şurası Nazirlər Komitəsindən Rusiyaya çağırış - Gürcüstana 10 milyon avro ödənilməlidir

02:01:17 | 2019-12-08

Avropa Şurasının Nazirlər Komitəsi Gürcüstan dövlətinin xahişi əsasında növbəti dəfə, 2006-cı ildə Rusiyadan kütləvi şəkildə deportasiya edilən 1500 nəfər vətəndaşın işi ilə əlaqədar dəyərləndirmə aparıb.

Bu barədə Avropa Şurası Nazirlər Komitəsinin bəyanatında bildirilir.

Rusiyadan deportasiya edilən Gürcüstanlılar üçün Gürcüstana kompensasiya olaraq 10 milyon avro ödəməli olduğu qeyd edilib.

Komitə bir daha Rusiya tərəfinin kompensasiya ödəməməsi ilə bağlı narahatçılığını dilə gətirib.

Qeyd edək ki, 2006-cı ildə Rusiya tərəfindən deportasiya edilən Gürcüstan vətəndaşlarının işi üzrə qərarı Avropa Şurasının Nazirlər Komitəsi bu ilin sentyabr ayında qəbul etmişdi.


ETİKET :  

Daha Çox