-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Qarabağa marşrut xətləri açılır: İlk istiqamət Gəncə-Şuşa

İlk olaraq Şuşaya Gəncədən sərnişin daşınması təşkil ediləcək

16:34:26 | 2021-01-21

“İşğaldan azad edilən şəhər və rayonlarımıza artıq müntəzəm marşrut xətlərinin açılmasına dair pasportlar hazırlanıb. Bu istiqamətdə xətlərlə bağlı müsabiqənin keçirilməsinə dair əmr imzalanıb. Əmrə əsasən Müsabiqə Komissiyası təşkil olunub”.

Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, hansı regionlara gediş-gəlişin mümkün olunması ilə bağlı birinci və ikinci mərhələ müəyyənləşib: “Birinci mərhələdə vacib olan istiqamətlər Suqovuşan, Talış kəndi, Cəbrayıl və Zəngilan, Qubadlı, ikinci mərhələdə isə işğaldan azad edilmiş digər bölgələrimizə sərnişindaşımanın həyata keçirilməsi gözlənilir. Sərnişinlərin böyük istəyini nəzərə alaraq Şuşaya sərnişin daşınmanı I mərhələyə daxil etməyi düşünürük”.

N. Allahyarovanın sözlərinə görə, birinci mərhələdə işğaldan azad edilmiş ərazilərə Gəncə, Yevlax və Beyləqandan sərnişinlər daşınacaq. Bu istiqamətlər regiona daha yaxın olduğuna görə nəzərdə tutulub. Minadan təmizlənmiş ərazilərə gediş-gəlişə tam imkan verdikdən sonra sərnişin daşımaları həyata keçiriləcək.


ETİKET :  

Daha Çox