-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq istəyirlər

“Özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməlidirlər”

12:02:49 | 2020-05-21

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev maraqlı xəbər verib.

GancaPost saytı xəbər verir ki, millət vəkili bildirib ki, rəhbərlik etdiyi icmanın fəaliyyətini Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də izləyirlər.

Gəncəliyev qeyd edib ki, bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bildiriblər ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və Konstitusiyamıza uyğun şəkildə, bir yerdə sülh şəraitində yaşamaq istəyirlər.

“Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməlidirlər. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə, tezliklə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməlidirlər. İşğalçı Ermənistan qüvvələrini, işğalçı rejimin ordakı mövcudluğuna son qoymalıdırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.


ETİKET :  

Daha Çox