-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Qəmbər Hüseynlinin məzarı köçürüləcəkmi? - AÇIQLAMA

Qəmbər Hüseynlinin məzarının köçürülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

14:04:45 | 2020-07-25

Dahi bəstəkar, dünyaca məşhur "Cücələrim" mahnısının müəllifi Qəmbər Hüseynlinin Gəncənin Xan Bağı parkının qarşısında yerləşən məzarının köçürüləcəyi və ərazidə çoxmənzilli binanın inşa ediləcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Dahi bəstəkarın Gəncənin Atatürk prospektindəki məzarının yerləşdiyi ərazinin hasarlanması şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı müxtəlif paylaşımlar edilir.

GancaPost.info xəbər verir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov məsələyə aydınlıq gətirib.

“Məlumat üçün bildirək ki, Gəncə şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi hazırda dayandığımız ərazidə də abadlıq və bərpa işlərinin aparılması nəzərdə tutulub. Dahi Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məzarüstü abidəsinin köçürüləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Əksinə abidənin daha möhtəşəm formada restavrasiya olunması məsələsi mütəxəssislər tərəfindən təhlil edilir. Bildirmək istəyirəm ki, hazırda aidiyyatı qurumlar tərəfindən Gəncənin yeni Baş planı işlənib hazırlanır. Yeni Baş plana uyğun olaraq bu ərazidə də şəhərsalma norma və qaydalarına əməl etməklə işlər görülə bilər. Lakin bunu demək üçün hələ çox tezdir. Bu gün söhbət yalnız ərazidə aparılan abadlıq işlərindən gedir”.


ETİKET :  

Daha Çox