Bu ilin əvvəlinə, yəni yanvar ayında mövcud pensiyalar təxminən 15 faiz indeksləşdiriləcək və artırılacaq. Bu o deməkdir ki, minimum pensiya 200 manat deyil, 230 manat məbləğinə yüksələcək.
GancaPost saytı xəbər verir ki, bunu REAL-a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, bu prosesin gələcəkdə də davam edəcəyini və minimum əmək haqqlarının, minimum pensiyaların, müavinat və digər sosial ödənişlərin artırılacağını qeyd edib.