-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Özünü buraxan deputatların 82-si yenidən deputat olub

Özünü buraxan deputatların 82-si yenidən deputat olub.

00:29:30 | 2020-02-12

Fevralın 9-da keçirilən Növbədənkənar Parlament Seçkiləri nəticəsində formalaşacaq yeni parlamentdə təmsil olunacaq 125 deputatdan 82 nəfəri Milli Məclisin köhnə tərkibinə daxil olanlardır.

9 fevral Parlament seçkilərində köhnə tərkibdən 83 nəfər yenidən namizədliyini irəli sürmüşdü. Onlardan yalnız 1 nəfəri parlamentdən kənarda qalıb. Bu, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyevdir. Həmin dairədə təhsil üzrə ekspert, Təhsil Nazirliyində İctimai Şuranın üzvü Etibar Əliyev qalib elan edilib.

Yenidən deputat seçilən köhnə tərkibin təmsilçiləri Milli Məclisin buraxılmasına səs vermişdilər.


ETİKET :  

Daha Çox