-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ölkədə internet PROBLEMİ - Provayderlər özəlləşdirilməlidir

Keyfiyyətli internet hər kəs üçün əlçatan olmalıdır. Lakin ölkəmizdə internetin sürətiylə bağlı tez-tez problemlər yaşanır.

22:03:14 | 2019-12-02

“Probemin səbəbi dövlət provayderlərinin bazara nəzarətiylə bağlıdır”.

GancaPost saytı xəbər verir ki, bunu redaktor.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, multimedialıq çox olduqca, keyfiyyətli internetə tələbat artır. Təbii ki, bu da problemin mürəkkəbləşməsinə səbəb olur:

“Son dövrlər bizdə də multimedialı informasiyalara tələbat çoxalıb. Azərbaycanda internetin qiyməti, keyfiyyəti və onun əlçatanlığıyla bağlı problemlər var. Bu problemlər də inhisarçılıqla bağlıdır. Bizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində dövlət provayderləri var. Bu provayderlər bazarın 65%-nə nəzarət edirlər. Bu da bazarda problemlərə səbəb olur.

Düşünürəm ki, həmin provayderlərin özəlləşdirilməsinin vaxtı gəlib çatıb. Hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Strateji Yol Xəritəsinə uyğun olaraq gələn il bunun kommersiya və tənzimlənmə funksiyalarını ayırmalıdır. Bu sektorda müstəqil tənzimləyici qurum yaradılmalıdır”.


ETİKET :  

Daha Çox