-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

18 oktyabr nə günüdür? - Gəncədə VİDEOSORĞU

Gəncədə hələ də bu günün mahiyyətini bilməyənlər var.

03:03:07 | 2019-10-17

GancaPost saytı xəbər verir ki, ölkəmizin tarixində əlamətdar günlərdən sayılan 18 oktyabr - Dövlət Müstəqilliyi günüdür.

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan tarixi şərait və Xalqın mübarizəsi nəticəsində Azərbaycan ikinci dəfə Müstəqillik bayrağını qaldırdı. Bu, Xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi və biz artıq bu qələbənin 28 yaşını qeyd edirik. Bundan 28 il öncə 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.

Bəs Gəncə şəhər sakinləri bu günlə bağlı nə qədər məlumatlıdırlar?

GancaPost.com-un “Qəfil Sual” rubrikası çərçivəsində şəhər sakinlərinə sualımızı ünvanladıq:

18 Oktyabr nə günüdür?

Şəhər sakinlərinin bu suala necə cavab verdiyini bilmək üçün Video-Sorğuya baxmaq lazımdır.


ETİKET :  

Daha Çox