-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

N.Bayramov: Gəncədə 92 mənzil tamamilə dağılıb

"Gəncədə 92 mənzil tamamilə dağılıb, 200-dək mənzil və fərdi yaşayış evinə, həmçinin 100-lərlə obyektə ziyan dəyib".

21:00:03 | 2020-10-16

GancaPost.info xəbər veri ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə başladılan “Save Nizami Ganjavi City! - Nizami Gəncəvinin şəhərini qoruyaq!” kampaniyası çərçivəsində Gəncəyə səfər edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib.

O qeyd edib ki, məlum olduğu kimi 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Gəncə davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. 92 mənzil tamamilə dağılıb, 200-dək mənzil və fərdi yaşayış evinə, həmçinin 100-lərlə obyektə ziyan dəyib. Qeyd edilənlərlə yanaşı raket zərbələri nəticəsində məktəbəqədər və orta təhsil müəssisələri, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə dini məbədlər də ziyan görüblər.

Niyazi Bayramov bildirib ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ilkin müraciətləri əsasında evləri tamamilə dağıdılmış 76 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib, digər ailələrin yaşayış sahəsi ilə müvəqqəti təmin edilməsi istiqamətində işlər aparılır. Belə ki, 10 ailə öz təşəbbüsü ilə qohumlarının evlərinə sığınıb ki, onların da kirayə mənzillərlə təmin edilməsi istiqamətində son tamamlanma işləri gedir. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.


ETİKET :  

Daha Çox