-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Korrupsiya ilə bağlı müraciətlər ən çox Gəncədən olub”

"Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər ən çox Bakı və Gəncədən olub"

00:17:16 | 2020-01-16

"Ötən il yerli İcra Hakimiyyətləri ilə bağlı 7 cinayət işi başlanıb".

GancaPost saytının məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin işlər üzrə 9 vəzifəli şəxs həbs edilib.

K.Əliyev vurğulayıb ki, ötən il görülən tədbirlər nəticəsində 19 vəzifəli şəxs cinayət başında yaxalanıb.

Kamran Əliyev bildirib ki, daha yüksək və önəmli vəzifələrdə olan şəxslərin məsuliyyətə cəlb edilməsinin təmini üçün işlər aparılır. Bununla bağlı olaraq istintaq sövdələşməsi hazırlanır.

Həmçinin qeyd edilib ki, ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətlər ən çox Bakı və Gəncədən olub.


ETİKET :  

Daha Çox