“İndiki “Kəpəz” futbol ənənələri olan Gəncəyə yaraşmır”

Mövsümdə 10-cu məğlubiyyəti alan "Kəpəz" azarkeşlərini məyus etməkdədir.

Gəncəli tərəfdarlar artıq komandanın yenilgilərini həzm edə bilmirlər.

Stadiona buraxılmayan azarkeşlər və fanklublar məcbur olub ürək sözlərini sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırırlar.

GancaPost.info xəbər verir ki, gəncəli azarkeş Vahid Vəliyev "FutbolPlyus" qəzetinə Gəncə futbolunun bugünkü durumundan narazılığını bildirib.

53 yaşlı futbolsevər "Kəpəz"in uğursuzluğuna görə həm məşqçilər korpusunu, həm də futbolçuları, yumşaq desək, qınayıb:

"Kəpəz"in oyunlarını SSRİ dönəmindən izləyirəm. Komandanın sadiq azarkeşlərindənəm. 53 yaşım var. Mən hələ indiyədək belə aciz, zəif "Kəpəz" görməmişəm. Vaxtilə ölkənin ən iddialı komandaları, SSRİ birinciliyi zamanı Rusiya, Gürcüstan, Ukrayna klubları Gəncədə 1 xal qazananda sevinə-sevinə evlərinə dönürdülər. İndi isə birinci divizionun autsayderləri Yaşar Vahabzadənin çalışdırdığı komandanı asanlıqla məğlub edir. Sonuncu pillədə olan MOİK-ə, 8-ci yerdə qərarlaşan "Qaradağ Lökbatan"a uduzmaq nə deməkdir? Lökbatan təmsilçisinə yenilgi artıq tək məni yox, minlərlə gəncəli azarkeşi özündən çıxarıb. Təəssüf ki, pandemiya səbəbindən azarkeşləri stadiona buraxmırlar. Əks halda biz bu gün "Kəpəz"də çalışan məşqçilərə, komandanın şərəfini qoruyan futbolçulara yerlərini göstərərdik. Klubun azarkeşlərlə əlaqələndiricisi funksiyasını icra edən Elmar Əliyevə dəfələrlə müraciət etmişik ki, bizi Vahabzadə ilə görüşdür, ürək sözlərimizi ona da deyək. O isə pandemiya səbəbindən belə görüşlərin keçirilməsinə icazə verilmədiyini bildirb. "Kəpəz"in PFL-in "yutub" kanalı ilə yayınlanan oyunlarını izləyib xəcalət hissi keçiririk. Belə biabırçılıq olmaz, komanda sanki bilərəkdən azarkeşlərin əsəbləri ilə oynayır. Əvvəllər bir oyunu zəif keçirəndə, futbolçular tərəfdarlardan utanaraq növbəti qarşılaşmada can qoyurdular. İndikilər isə əksinə, turdan-tura daha pis çıxış edirlər, elə bil 90 dəqiqəni yola vermək üçün meydana çıxırlar".

Bu yerdə Vahid bəyə Yaşar Vahabzadənin FutbolPlyus qəzetinə əvvəl verdiyi müsahibədə səsləndirdiyi "bu gün komandada əsasən gəncəli futbolçular çıxış edir" cümləsini xatırlatmağı özümüzə borc bildik. Onun baş məşqçinin sözlərinə reaksiyası belə oldu:

"Müsahibə ilə tanışam. Yaşar müəllim vaxtilə yaxşı futbolçu olub. Ancaq etiraf etməlidir ki, baş məşqçi kimi Gəncədə işinin öhdəsindən gələ bilmir. Bəlkə də başqa komandada uğur qazana bilər, ancaq "Kəpəz"də özünü doğrultmur. Artıq ikinci ildir komandanın baş məşqçisidir. Ötən mövsüm "hələ yeni gəlib, öz komandasını formalaşdırıb növbəti il çempionluğa oynayar" düşüncəsi ilə ondan heç nə tələb etmədik, komandanın uğursuz çıxışına göz yumduq. Bəs bu il? "Komandada əsasən gəncəli oyunçular çıxış edir" fikrinə gəlincə, bu, bəhanədən başqa bir şey deyil. Gəncəli futbolçular meydanda can qoyub, komandanın adını ucaltmağı bacarmırsa, niyə onları orda saxlayırlar? Mən və mənim kimi minlərlə gəncəli üçün fərqi yoxdur, "Kəpəz"in şərəfini qoruyan oyunçular hansı bölgədən və ya ölkədəndir. Bizim üçün vacib olan komandanın uğur qazanmasıdır. Vahabzadənin Bakıdan dəvət etdiyi və əsas heyətdə daim güvəndiyi futbolçular guya meydanda nəsə edirlər? Nodar Məmmədov, Novruz Məmmədov sənəd üzərində təcrübəli oyunçu hesab olunurlar, ancaq meydana çıxanda rəqibin futbolçuları onları uşaq yerinə qoyur. Tural Qürbətov kimi hücumçu "Kəpəz"in formasını geyinməyə layiq deyil. Gəncə 4 il böyük futbolsuz qaldı. Onda yoxluğuna görə üzülürdük və düşünürdük ki, qaranlıq gecənin bir aydın səhəri olacaq. İndi guya komanda var, ancaq nəticələrinə görə utanırıq".

53 yaşlı azarkeş sonda bunları söylədi: "Mətbuat vasitəsilə gəncəli azarkeşlərin ürək sözlərini AFFA-ya, futbol ictimaiyyətinə çatdırmaq istəyirəm. Yaşar Vahabzadə komandadan getməlidir, "Kəpəz" yenidən formalaşmalıdır. Bu komanda ölkənin ikinci ən böyük, futbol ənənələri olan Gəncə şəhərinə yaraşmır".

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR