-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İcra başçısının müavini koronavirusdan vəfat etdi

Koronavirusa yoluxmuş Samux rayon İcra başçısının müavini vəfat etdi.

10:54:05 | 2020-06-20

Samux rayon İcra Hakimiyyəti başçısının koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Bu barədə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

O bildirib ki, edilən müalicələrə baxmaraq İcra başçısının müavini gecə saatlarında vəfat edib.
Onun şəkərli diabet xəstəliyi də olub. Qəzənfər Əliyev 1969-cu ildə doğulub.
Məlumat üçün bildirək ki, Qəzənfər Əliyevin həyat yoldaşı Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva və oğlu koronavirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.


ETİKET :  

Daha Çox