-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstanın dostu və düşməni hansı ölkədir? - SORĞU

Gürcüstanda ölkənin dostu və düşməni hansı ölkədir adlı sorğu keçirilib.

02:19:45 | 2020-02-03

GancaPost saytı gürcü mediasına istinadən xəbər verir ki, respondentlərin əksər hissəsi - 21%-i ABŞ-ı, 10%-i isə Ukraynanı Gürcüstanın əsas dostu hesab edirlər.

Azərbaycanı ölkənin hazırkı əsas dostu adlandıranlar 7%, Türkiyəni Gürcüstanın əsas dostu adlandıranlar 4% təşkil edib. Ermənistanı əsas dost hesab edənlər isə 2% olub.

Gürcüstanın hazırkı əsas düşməni kimdir sualına isə rəyi soruşulanların, təxminən, yarısı - 49%-i Rusiya deyə cavab verib. 4%-i Türkiyəni, 2%-i isə Ermənistanı Gürcüstanın əsas düşməni kimi qiymətləndirib.

Qeyd edək ki, sorğu “Qafqaz Tədqiqat Resurs Mərkəzi - Gürcüstan” (CRRC) təşkilatının Qafqaz Barometri adlı təşkilatı tərəfindən aparılıb.

Araşdırma üçün sorğu 2019-cu ilin oktyabrın 9-dan noyabrın 4-nə qədər işğal altında olan ərazilər istisna olmaqla bütün ölkə boyu aparılıb. Sorğuda 2100 respondent iştirak edib.


ETİKET :  

Daha Çox