-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstan parlament seçkilərində 58 partiya iştirak edəcək

Gürcüstanda keçiriləcək Parlament seçkilərində 58 partiya iştirak edəcək.

01:19:37 | 2020-09-20

2020-ci ilin oktyabrın 31-də Gürcüstanda keçiriləcək Parlament seçkilərində iştirak üçün 58 siyasi partiya və 2 seçki bloku qeydiyyatdan keçib.

GancaPost.info xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, bu il Parlament seçkiləri seçki məcəlləsinə edilən düzəlişə əsasən, 120 proporsional, 30 majoritar olmaqla, qarışıq sistemlə keçiriləcək. Seçki bariyerinin 1% təşkil edəcəyi seçkilərdən sonra təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.


ETİKET :  

Daha Çox