-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstan Ermənistana hərbi koridor aça bilərmi?

Gürcüstan Ermənistana hərbi koridor aça bilərmi?

09:39:53 | 2020-07-29

Azərbaycanla dövlət sərhəddində ermənilərin son təxribatından sonra hərbi vəziyyətdə nisbi sakitlik yaransa da, Rusiyada, dünyanın başqa ölkələrində azərbaycanlı-erməni qarşıdurması güclənərək əlbayaxa davaya qədər gedib çıxıb. Ermənilər burada da mənfur, yaramaz, hiyləgər sifətini bütün çılpaqlığı ilə göstərmişdir. Uzun illər beynəlxalq təşkilatların, Minsk qrupunun xalq diplomatiyası, xalqların sülhə hazırlanması prosesi ermənilər tərəfindən ancaq mənasız vaxt uzadılması və mənfur planlarının həyata keçirilməsi üçün bir məqsəd olmuşdur. Ermənilərin tarixi müttəfiqi olan Rusiya yenə də onlara sadiq qalaraq hər sahədə forpostlarını müdafiə etdilər.
Rusiyanın 1-ci kanalında "Ərik müharibəsi" adı gedən şouda rus aparıcılar yenə də Azərbaycanı aşağılayır, erməniləri məzlum, qarşı tərəfi isə vəhşi, nadan, təcavüzkar kimi göstərirdilər. Verilişin sonunda isə ən gözlənilməz, rus aparıcıları şoka salan hadisə oldu. Tarix elmləri doktoru, Şimal-Şərqi Avropa ölkələri üzrə Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksandr Sitin qeyd edir: "Moskva həll olunmaz məsələni öhdəsinə götürüb və həmçinin məsələyə Moskvanın nəzərindən baxmaq lazımdır. Rusiyanın Ermənistanın strateji müttəfiqi olması hamıya aydındır. Bu bütün sənədlərdə mahiyyətinə görə öz əksini tapıb. Əgər Azərbaycan bunu görmürsə, bağışlayın cənablar bu Azərbaycan üçün çox acınacaqlıdır. Uzun müddət ərzində Gürcüstan da Rusiya üçün dost ölkə sayılırdı və bu nə ilə sonunclandı hamıya yaxşı məlumdur. Ona görə də 30 illik münaqişəni xalq diplomatiyası ilə söndürmək nəticəsi olmayan bir məsələdir".
Burada rus politoloq aydın şəkildə problemi mahiyyəti ilə bizlərə mesaj verdi, hansı ki, elə əvvəldən onsuz da belə olacağı aydın idi. Bizlər isə hələ də müttəfiq ilə strateji kəlmələri və ondan törəyən nəticələri müzakirə etməklə məşğuluq. Çox maraqlı və təzadlı fikirlərlə məşhur Rusiyalı jurnalist, Azərbaycanın mövqeyinə yaxın şərhlərlə tanınan Maksim Şevçenko çıxış edib. O, bildirir ki, "Ermənistanın hava hüdudları Rusiya tərəfinin iştirakı ilə çox geniş şəkildə qorunur. Ermənistanda Rusiyanın 8 divizion S-300 zenit-raket kompleksi yerləşdirilib. Əgər müharibə daha da güclənsə Moskva Gürcüstanla bağlanmış müqavilə əsasında hərbi kömək üçün koridor istəyəcək. Vaxti ilə Saakaşvili də Rusiya ilə müqavilə bağlayıb öhdəlik götürmüşdür ki, ehtiyac yaransa hərbi yük, hərbi ləvazimat daşımaq üçün ərazisindən koridor açacaq".
Bunun nə qədər həqiqət olduğunu iddia etmək çox çətin məsələdir. Amma bir məsələ çox aydındır ki, Gürcüstanın bütün hakimiyyətləri dövründə xristian təəssübkeşliyindən, geniş qohumluq əlaqələrindən istifadə edib ermənilərə daim kömək ediblər və edirlər də. Ermənistanın bu günə qədər ayaqda durmasında İran qədər Gürcüstan dövlətinin də rolu olub.
İndiki çətin bir durumda bizim əsas məqsədimiz yaranmış vəziyyətdən səmərəli istifadə edib qardaş Türkiyə ilə hərbi strateji müqavilə imzalayıb ərazimizdə hərbi bazaların yerləşdirilməsinə (Yevlax, Naxçıvan) nail olmalıyıq və Türkiyə ilə Rusiyanın birgə fəaliyyətindən bəhrələnib torpaqlarımızı düşməndən azad etməliyik.
 
Vilayət Həsənov


ETİKET :  

Daha Çox