-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Göygöldə yeni tikilən bina yararsız haldadır - ŞİKAYƏT

Göygöldə məcburi köçkünlər üçün tikilən yeni bina yararsız haldadır - ŞİKAYƏT

01:44:53 | 2020-09-14

Göygöl rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni binaların sakinləri mənzillərin şəraitindən şikayətçidir. Kəlbəcərdən olan 130 məcburi köçkün ailəsi illər sonra Göygöl rayonunda onlar üçün tikilmiş binalarda evlə təmin ediliblər. Ancaq bəziləri hələ də bir müddətdir yeni mənzilə köçə bilmir.

İllərcə yataqxanalarda və müxtəlif tikililərdə yaşayan məcburi köçkün ailələri yeni mənzillərdəki şəraitsizlikdən evlərə köçə bilmirlər.

Sakinlərin şikayətləri həm mənzillərin daxili, həm də binaların həyətyanı sahələri ilə bağlıdır. Onlar deyirlər ki, binaların inşası ilə bağlı bütün işlər natamam, tələm-tələsik və başdansovdu görülüb. Mənzilərdə keyfiyyətsiz işlər görülüb. 

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən XəzərXəbər-ə bildirdilər ki, Göygöl rayonu ərazisində 130 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 3 yaşayış binası istifadəyə verilib. Bəzi məcburi köçkünlərin, mənzillərdə sonradan aşkara çıxan texniki qüsurlarla bağlı narahatlıqları barədə Dövlət Komitəsi məlumatlıdır və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Komitənin məsul işçiləri Göygöldə olub, məcburi köçkünlərin qaldırdıqları məsələləri yerində araşdırıblar. Araşdırma zamanı 4 mənzil müəyyənləşdirilib və həmin mənzillərdə qısa müddətdə təmir işləri aparılacaq.


ETİKET :  

Daha Çox