-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Göygöldə koronavirusla bağlı son durum - Yoluxma yoxdur

Azərbaycanda son günlər yoluxmanın qeydə alınmadığı rayonlardan biri Göygöldür.

13:26:17 | 2020-07-29

Ölkəmizdə sərt karantin rejiminin tətbiq olunduğu rayonlardan biri də Göygöldür. Rayonun əhalisi iyulun 5-dən sərt karantin rejiminin tələblərinə uyğun yaşayır. Görülən tədbirlər artıq nəticə verir. Son günlərdə rayonda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

GancaPost.info xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında Göygöldə mobil qrupun üzvü Araz Hacıyev bildirib.

O, qeyd edib ki, mobil qrup əhali arasında maarifləndirmə işləri aparır:

“Rayonda sanitar-epidemioloji vəziyyətə nəzarət etmək üçün 50 mobil qrup və 20 mobil polis postları yaradılıb. Xüsusən insanların zərurət olduğu halda SMS icazəsi ilə küçəyə çıxmağı və maska taxmaqlarına nəzarət olunur. Rayon sakinləri isə bu qaydalara əməl edirlər”.

Göygöldə son günlərdə koronavirusa yoluxma faktı qeydə alınmayıb.


ETİKET :  

Daha Çox