Gəncəyə yeni Prokuror təyin edildi

ÖLKƏ
12 Oktyabr 2019, 23:11
411
Gəncə şəhər Prokuroru Fazil Həsənəliyev vəzifəsindən azad olunub.
GancaPost saytının məlumatına görə, F.Həsənəliyev Baş Prokurorluqda yüksək vəzifəyə təyinat alıb.
Belə ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Baş Prokuror Zakir Qaralovun imzaladığı digər əmrə əsasən Azad Qarayev Gəncə şəhərinin Prokuroru təyin olunub. O, bu təyinata qədər Mingəçevir şəhər Prokuroru vəzifəsində çalışıb.
Xəbəri Gəncə Şəhər Prokurorluğundan təsdiqləyiblər.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay