-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə və Kürə qədər ərazi 8 saata tutulmalıdır” - Rusiyanın 2008-ci il Planı

“Rusiya və Şimali Qafqaz Ordusunun 2008-ci il Planı”

17:31:20 | 2019-11-02

2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş verən müharibə zamanı azərbaycanlı jurnalist İdrak Abbasovun əldə etdiyi fakt bir daha ölkə mediası tərəfindən aktuallaşıb.

Jurnalist İdrak Abbasov gürcü-rus müharibəsinin ən qaynar yerində - Qoridə olub. Müharibədən bir müddət sonra jurnalist öz təəssüratlarını media vasitəsilə ilə də bölüşüb.

“Tanınmış jurnalist İdrak Abbasov 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsini işıqlandıran zaman osetin hərbçiləri tərəfindən əsir alınır. Xoş bir təsadüf nəticəsində İdrakı ölümdən, onu əsir götürənlərin əlindən rus polkovniki, "Neftçi"nin məşhur oyunçusu olmuş bakılı Kazbek Tuayevin əmisi oğlu M.Tuayev qurtarmışdı. Və 58-ci Pskov ordusuna təhvil vermişdilər.

İdrak Abbasov o vaxt odun-alovun mərkəzindən keçərək Cənubi Osetiyanın Sxinvali şəhərində orduya rəhbərlik edən generalın mətbuat konfransında da iştirak edib. Orada İdrakın Azərbaycandan olduğunu bilən həmin general ona bir xəritə göstərib demişdi ki, “Bu Gəncə və Kürə qədər qədər olan ərazinin 8 saat ərzində tutulması üçün olan xəritədir. Sizinkilər ağıllı adamlardır. Mişa kimi başdan xaraba isə həyatı başa salacağıq” bildirmişdi...

Bəli, Gəncə çox mühüm yerdir…Gəncənin qiymətini hər kəs yaxşı bilir!


ETİKET :  

Daha Çox