-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Təhsil İdman Mərkəzi nə vaxt təmir olunacaq?

"Sport şkola"nın əsaslı şəkildə təmirə ehtiyacı var.

05:16:50 | 2020-05-20

Gəncədə uzun illlərdir fəaliyyət göstərən idman məktəblərindən olan və yerli insanların daha çox “Sport şkola” kimi tanıdığı bazanın əsaslı şəkildə təmirə ehtiyacı var. İdman məktəbində ayrı-ayrı vaxtlarda müəyyən bərpa işləri aparılsa da, rekonstruksiyası mütləqdir.

Əvvəlki adı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı indi isə sonuna Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi sözləri əlavə edilən idman ocağının yerləşdiyi baza 1980-ci ildə istifadəyə verilib. Sovetlər dövründə tikilən məktəb Nizami yurdunda ən böyük kompleks idman ocağı kimi tanınıb. Məktəbdə məşq etmək üçün şərait istənilən səviyyədə deyil. Burada sonuncu dəfə təmir işləri 2015-16-ci illərdə aparılıb. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə cüdo və ağırlıq qaldırma, daxili imkan hesabına isə boks zalı yenidən qurulub.

GancaPost saytı xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Müşfiq Cəfərov KəpəzTV-yə bildirib ki, hazırda inşası davam etdirilən Gəncə İdman Sarayının tikintisinin başa çatdırılmasından sonra İdman Mərkəzinin təmiri mümkün olacaq.

2002-ci ildən Gəncə idmanına xidmət edən Gəncə Olimpiya İdman Kompleksi də təmirə ehtiyac duyulan idman qurğuları arasındadır. Kompeksdə bir sıra vaxtlarda mərhələli şəkildə yalnız müəyyən cari təmir işləri aparılıb.


ETİKET :  

Daha Çox