Gəncə stadionu nə vaxt təmir olunacaq?

Gəncədə təmirinə ehtiyac duyulan idman obyektləri arasında şəhər stadionu ilk sıradadır.

Burada gəncəli azarkeşlərin könül verdiyi "Kəpəz" futbol klubu ev oyunlarını keçirir. Yarım əsrdən çox yaşı olan arena 1962-ci ildə tikilərək istifadəyə verilib. İdman qurğusu "Kəpəz"in sələfi "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Gəncə futbolunun tarixini özündə yaşadan stadionda müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılsa da, bu, yalnız kosmetik xarakter daşıyıb. Odur ki, arenada köklü şəkildə yenidənqurmaya ehtiyac var. Bu səbəbdən 25 000 tamaşaçı tutumuna malik stadion Dövlət Proqramına salınıb.

GancaPost.info xəbər verir ki, "Kəpəz"in Müşahidə Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov KəpəzTV-yə açıqlamasında stadionla bağlı məsələyə toxunub.

Müşfiq Cəfərovun sözlərinə görə, şəhərin əsas stadionunda hazırda yenidənqurmaya ehtiyac var.

"Ümid edirəm ki, stadionun təmiri ilə bağlı 2020-ci ildə bu məsələ öz həllini tapacaq".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR