-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini stadionda intihar etdi

Gəncədə 22 yaşlı gənc intihar etdi.

15:46:18 | 2020-08-11

Məlumata görə, hadisə avqustun 11-də Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Rzayev Pünhan Rəhman oğlu özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, intihar edən şəxs müğənni Şəbnəm Tovuzlunun xalası oğludur. Bu barədə axşam.az-a açıqlamasında sənətçinin özü deyib. O bildirib ki, Pünhanın borcu olub:

“Bilmirik nə oldu?! 5 min manat borcu var imiş. Pis kruqa düşüb, heç kimə deməyib. Mənə desəydi, onun borcunu ödəməzdim?! 5 min onun cavan canına qurban. Neçə-neçə insana əl tutmuşam. Pünhana da hər zaman kömək edirdim. Əsgərliyə gedəndə hər gün maraqlanırdım. Xalam dünyasını dəyişib, ona görə də Pünhanı nəzarətsiz qoymurdum. Hər ay ona xərclik göndərirdim. Desəydi ki, bacı, vəziyyətim pisdir, belə oyuna düşmüşəm, edərdim. Bilmədik, onu məcbur ediblər, qorxub, yoxsa nə... Özünü gedib asıb”.


ETİKET :  

Daha Çox