-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə sakini: “Atama əlillik dərəcəsi düzgün verilməyib”

Gəncə sakini: “Atama əlillik dərəcəsi düzgün verilməyib”

17:48:59 | 2020-09-19

Gəncə şəhər sakini atasının vəziyyəti ilə bağlı müraciət ünvanlayıb.

Müraciət edən Ruhiyyə Həsənova deyir ki, onun atasının vəziyyəti günbəgün ağırlaşır. Bir neçə il əvvəl ağciyərində yaşanan problem səbəbindən (vərəm) xəstəxanada yatıb və ona ikinci qrup əlillik dərəcəsi verilib:

“1957-ci il təvəllüdlü Məhəmmədi Əli Abdulla oğlu ikinci qrup əlildir. Pensiya alır. Lakin vərəm atamın vəziyyətini ağırlaşdırıb. Gəncədə əməliyyat olundu, bundan sonra ümumiyyətlə yataqdan qalxa bilmir. İki ildir atam zülm çəkir. Həkim gəlir, kateteri dəyişir gedir, dərmanları var - hamısı xərcdir. Heç bir hərəkət edə bilmir.

Həkimlər müayinə zamanı atamın vəziyyətinin ağırlaşdığını təsdiq edir, ona ikinci qrup yox, birinci qrup əlillik dərəcəsinin düşdüyünü deyirlər. Amma sənədləri göndəririk bizə imtina cavabı gəlir. Bizə köməklik etməyinizi xahiş edirik”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.


ETİKET :  

Daha Çox