-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib”

"Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib".

18:04:24 | 2020-01-15

GancaPost saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.

Dövlət başçısı avtobus nəqliyyatından danışıb: “Hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır”.


ETİKET :  

Daha Çox