-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi.

16:46:36 | 2020-11-30

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, general-mayor Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

Təyinatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi, polkovnik Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.

Gəncə şəhər Baş Polis İdarəsinin yeni rəisi general-mayor Teymur Hacıyev daha əvvəl Mingəçevir şəhər Polis İdarəsinin rəisi olub.


ETİKET :  

Daha Çox