-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə-Qazax-Gürcüstan yolu kredit hesabına tikilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xarici kredit hesabına yerinə yetirilən layihələr haqqında məlumat açıqlayıb.

16:03:43 | 2020-01-16

"Marja" Agentliyin hesabatına istinadən xəbər verir ki, 2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) layihə üzrə işləri davam etdirilmişdir. Layihə üzrə məlumat belədir:

M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

- Podratçılar - Türkiyənin Özgun Yapi Senaye ve Ticaret AŞ (Lot 1), Polat Yapi Senaye ve Ticaret AŞ (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləri

- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti

01.01.2020-ci il tarixinə yerinə yetirilən işlər 29,13% təşkil edir.

Uzunluğu 130,15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.


ETİKET :  

Daha Çox