-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Park-Bulvar niyə xarabalığa çevrilir?

Gəncə şəhərində beş ildir ki, istifadəyə verilmiş park-bulvar baxımsız vəziyyətdədir.

14:09:43 | 2020-01-10

Gəncə çayı ətrafında salınmış parkın skamyaları sınıb, işıqlandırma sistemi sıradan çıxıb.

Parkın natəmizliyi oradan keçən çaya da təsir edib. Çayın məcrasındakı zibillər antisanitar vəziyyət yaradıb.

2015-ci ildə şəhər sakinlərinin istifadəsinə verilən park kompleksi bugün yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı oxu.az-ın əməkdaşı parkın rəhbəri Kamil Quliyevlə əlaqə saxlasa da, sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, mərkəzdə yerləşən park ölkənin ikinci böyük şəhərinin yeganə bulvar kompleksidir.


ETİKET :  

Daha Çox