-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin maşın bazarında qiymətlər əl yandırır

Maşın bazarında son durum - satan çoxdur, alan yoxdur.

23:21:37 | 2019-10-06

Gəncənin Maşın bazarı sanki sərgiyə çevrilib.

GancaPost saytı xəbər verir ki, qiymətlərin baha olması və alıcı sayının ötən aylarla müqayisədə az olması satışların kəskin azalmasına gətirib çıxarıb.

Bazardakı alıcıların əksəriyyəti ucuz qiymətə olan avtomobillər və "Mercedes" modelləri axtardıqlarını bildiriblər.

Elə satıcılar da bazarda daha çox Rusiya istehsalı olan avtomobillərin və qiyməti 12-13 min manatdan aşağı olan "inomarka"ların satıldığını qeyd ediblər. Bildirilib ki, "İnomarka"ların içində daha çox tələbat qiyməti 8-9 min manat olan və 1996-1997-ci illərdə istehsal edilmiş "Mercedes" modelləridir.

Satıcıların sözlərinə görə bazarda uzun müddətdir alıcı qıtlığı yaşanır. Alıcıların isə şikayəti qiymətlərin xeyli baha olmasındandır.


ETİKET :  

Daha Çox